Almaniya III Bundesliqasında XXI turun oyunları davam edir. Matç.az saytının məlumatına görə, milli komandamızın üzvü Rüfət Dadaşovun çıxış etdiyi "Proysen" də növbəti matçını keçirib.

Sözügedən komanda səfərdə "Jena" ilə qarşılaşıb. Oyunda hesab açılmayıb.

Matça start heyətində başlayan Dadaşov 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, 21 oyundan sonra aktivində 30 xal olan "Proysen" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest