Azərbaycan millisinin futbolçusu Pavel Paşayev şərəfini qoruduğu Ukrayna "Aleksandriya"sında növbəti oyununu keçirib. Matç.az xəbər verir ki, müdafiəçinin komandası Türkiyədəki toplanış çərçivəsində "Botev"lə üz-üzə gəlib.

Matç Bolqarıstan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Paşayev bu qarşılaşmanın iştirakçılarından olub. O, oyunun ikinci hissəsində meydana çıxan heyətdə yer alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest