İngiltərə kubokunda 1/16 final mərhələsi davam edir. Matç.az xəbər verir ki, dünən raundun 11 görüşü baş tutub.

Bu oyunlardan sonra "Derbi", "Donkaster", "Mançester Siti", "Uotford", "Suonsi", "Miluoll" və "Uimbldon" 1/8 finala yüksəlib. Digər 4 cüt isə təkrar oyunda yenidən üz-üzə gəlməlidi. Təkrar matçlar fevralda keçirilməlidi.

İngiltərə kuboku

1/16 final

26 yanvar

"Akrinqton" – "Derbi" – 0:1

"Brayton" – "Vest Bromviç" – 0:0

"Donkaster" – "Oldhem" – 2:1

"Mançester Siti" – "Bernli" – 5:0

"Middlsbro" – "Nyuport" – 1:1

"Nyukasl" – "Uotford" – 0:2

"Portsmut" – KPR – 1:1

"Şreusberi" – "Vulverhempton" – 2:2

"Suonsi" – "Gillingem" – 4:1

"Miluoll" – "Everton" – 3:2

"Uimbldon" – "Vest Hem" – 4:2

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest