Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Rusiyanın "Krılya Sovetov" klubu BƏƏ toplanışında ikinci yoxlama oyununu keçirib. Matç.az xəbər verir ki, Samara təmsilçisi Latviyanın "Riqa" klubu ilə görüşüb.

"Krilya Sovetov" bu oyunun hər hissəsində ayrı "11-lik"lə mübarizə aparıb. Ramil ilk 45 dəqiqədə meydanda yer alıb.

Bu görüşdə samaralılar 1:0 hesabı ilə qalib gəlib. Qələbəni ikinci hissədə oynayan heyətin vurduğu qol qazandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest