27 Yanvar 2019, 13:32
FUTBOL
İtaliya A seriyasının XXI turu rekordla əlamətdar olub. Matç.az xəbər verir ki, "Sampdoriya"nın futbolçusu Fabio Kvalyarella ardıcıl 11-ci oyunda qol sevinci yaşayıb.
35 yaşlı veteran hücumçu "Udineze" ilə görüşündə 2 dəfə fərqlənib. O, əvvəl 33-cü dəqiqəsində qol sevinci yaşayıb. Forvard 55-ci dəqiqədə komandasının 2-ci qolunu vurub. Hər iki halda 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Kvalyarella A seriyasının tarixinə düşüb.
O, 1994/95 mövsümündə ardıcıl 11 oyun fərqlənən Qabriel Batistutanın rekordunu təkrarlayıb. Kvalyarella növbəti turda mütləq rekorda da imza atmaq imkanına malikdi.