10 Dekabr 2021, 12:35
MPL
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 13-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
"Keşlə" – "Səbail" oyununda "Keşlə"nin futbolçusu Anatole Abanq ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
"Zirə" – "Qəbələ" oyununda "Zirə"nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub. "Qəbələ"nin futbolçusu Omar Hani ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.