İtaliyanın "İnter" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matç.az xəbər verir ki, Milan təmsilçisi "Sauthempton"un müdafiəçisi Sedrik Suareşi heyətinə qatıb.

Portuqaliyalı mövsümün sonunadək icarə əsasında A seriyasında oynayacaq. Lakin "İnter" həmin vaxt oyunçunu transfer etmək hüququnda olacaq. Onun qiyməti 11 milyon avro təşkil edəcək.

Qeyd edək ki, 2015-ci ilin yayından Premyer Liqada çıxış edən Suares cari mövsümdə 18 oyun keçirib. Suares Portuqaliya millisinin heyətində Avropa çempionudu.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest