Almaniya Bundesliqasında baş məşqçi istefası gerçəkləşib. Matç.az xəbər verir ki, "Hannover" Andre Braytenrayteri vəzifəsindən azad edib.

O, Mönheqladbax "Borussiya"sı ilə görüşdə qeydə alınan 1:5 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib. Onun köməkçisi Volkan Bulut da komandadan qovulub.

Qeyd edək ki, 19 oyunda 11 xal toplayan "Hannover" 17-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest