Antalyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib. Matç.az AFFA-nın saytına istinadən xəbər verir ki, millimiz Norveçin "Tromse" klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Vüqar Məmmədin yetirmələri bu matçda heç-heçəyə imza atıb – 2:2. Yığmamızın heyətində Tural Bayramov və Sərhad Daşdəmir fərqlənib. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest