Antalyada baş tutan qış təlim-məşq toplanışını başa vuran "Qarabağ" bu gün vətənə dönüb. Matç.az klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, Ağdam təmsilçisinin Topaz Premyer Liqasının XV turuna hazırlıq proqramı bəllidi.

Qurban Qurbanovun yetirmələri toplanışdan sonra iki gün məşqlərə ara verəcək. Son ölkə çempionu "Neftçi" ilə qarşılaşmanın hazırlıqlarına yanvarın 29-da start verəcək.

Qeyd edək ki, "Qarabağ" – "Neftçi" oyunu fevralın 3-də baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest