"Yaxşı təşkilatlanmış komandaya qarşı oynadıq. Bu matçda fiziki baxımdan çox güc sərf etdik". Matç.az xəbər verir ki, bunu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Vüqar Məmməd deyib.

O, Antalyada keçirilən Norveç "Tromse"si ilə yoxlama oyunu (2:2) barədə fikirlərini AFFA-nın saytına açıqlayıb: "Oyun zamanı bəzi gedişlər oldu ki, yaxşı alındı. Taktiki planda müəyyən işlərimiz qalıb, bundan sonra onlara daha çox vaxt ayıracağıq. Fikrimcə, toplanışın ümumi gedişatı komandanın xeyrinədir. Futbolçuların ümumi hazırlığında artım hiss olunur".  

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest