"Sumqayıt"ın Topaz Premyer Liqasının XV turuna hazırlıq planı müəyyənləşib. Matç.az klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan sumqayıtlılar Antalya toplanışını başa vuraraq vətənə qayıdıb.

Komanda iki günlük istirahətdən sonra bir araya gələcək. "Gənclik şəhəri" təmsilçisi yanvarın 29-dan etibarən XV turda baş tutacaq "Qəbələ" ilə oyunun hazırlıqlarına start verəcək.

Qeyd edək ki, "Sumqayıt" fevralın 3-də səfərdə "Qəbələ"nin qonağı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest