16 Dekabr 2021, 13:07
MPL
"Neftçi"nin qış fasiləsində yollarını ayırdığı futbolçulardan biri müəyyənləşib. Klubdan matc.az saytına verilən xəbərə görə, yayda Portuqaliyadan gətirilən Harramiz Soareslə yollar ayrılacaq. Cinah yarımmüdafiəçisinin çıxışı bəyənilmədiyi üçün müqaviləsinə vaxtından əvvəl xitam verilir.
San-Tome və Prinsipi Demokratik Respublikasından olan Harramiz yayda transfer edilmişdi. Onunla 2 il müddətinə müqavilə bağlanmışdı. 30 yaşlı Soares "11" nömrəli formanı geyinirdi.