"Frayburq"un və İsveçrə millisinin vingeri Joan Manzambi "Aston Villa"nın futbolçusu olub.

Matc.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

Müqavilənin müddəti və maliyyə şərtləri rəsmən açıqlanmır. Lakin "Aston Villa" bu keçid üçün klub rəhbərliyi tərəfindən müəyyən edilmiş rekord məbləği ödəməyə razılaşdığı bildirilir. Bu rəqəmin 2024-cü ildə Amadu Onana üçün "Everton"a ödənilən 50 milyon funt-sterlinqdən daha çox olduğu qeyd edilir.

Manzambi 2025/26 mövsümündə "Frayburq"un heyətində 47 matçda meydana çıxıb, 7 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

O, bu il keçirilən 2026-cı il dünya çempionatında İsveçrə yığmasının liderlərindən biri olub və meydana çıxdığı 4 matçda 3 qol vuraraq 2 qolun ötürməsini verib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest