18 İyul 2026, 09:41
FUTBOL
La-Korunyanın "Deportivo" klubu 37 yaşlı qabonlu hücumçu Pyer-Emerik Obameyanq ilə müqavilə imzaladığını elan edib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, təcrübəli forvard ilə 2028-cü ilin iyununa qədər müqavilə imzalanıb.
Hücumçu İspaniya klubunda ötən mövsüm Liqa 1-də 30 oyuna çıxıb 10 qol vurduğu "Marsel"dən keçib. Obameyanq daha əvvəl "Barselona", "Arsenal", "Çelsi" və Dortmund "Borussiya"sında çıxış edib.
Qeyd edək ki, "Deportivo" 2017/18 mövsümünün yekununda elitanı tərk etdikdən sonra bu ilin may ayında yenidən La Liqaya qayıdıb.













