"Səbail"in məşqçisi Vüqar Məmməd Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində "Sabah"a qarşı keçirdikləri oyunu şərh edib.

"Səbail"in məşqçisi Vüqar Məmməd Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində "Sabah"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 0:3 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Fasiləyə yaxşı əhval-ruhiyyədə yollanmaq istəyirdik. Amma ilk qolu buraxandan sonra toparlanmaq bizim üçün çətin oldu. Sistemi də dəyişdik, bəzi oyunçuların yerində də dəyişiklik etdik. Oyunun gedişatında dəyişiklik etmək, üstünlüyü ələ almaq üçün çox çalışdıq. Təəssüflər olsun ki, ikinci hissə başlayan kimi daha bir gözlənilməz qol buraxdıq. Ondan sonrakı cəhdlərimiz demək olar ki, bəhrə vermədi və məğlub olduq. "Sabah" hazırda çempionatın fiziki cəhətdən ən yaxşı hazırlığa malik komandalarından biridir. Həm də son turlarda yüksəlişdədirlər. Heyətlə də bağlı itkilərimiz var idi. Bu oyuna maksimum yaxşı hazırlaşmağa çalışsaq da, istədiyimiz nəticəyə nail ola bilmədik. çünki qarşımızda yaxşı komanda var idi.
 
Kamran Ağayevin bu oyunda iştirak etməməsinə gəlincə, dediyim kimi, heyətdə itkilərimiz vardı. Kamran da, Nikolas Raysel də zədə səbəbindən bizə kömək edə bilmirdi.
 
Qış təlim-məşq toplanışı və transferlərlə bağlı hələ heç nə dəqiqləşməyib. çünki rəhbərliklə belə razılaşmışdıq ki, bütün bunları ilin son matçından sonra müzakirə edək". 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest