Bakıda UEFA GROW regional seminarı öz işinə başlayıb. Matç.az AFFA-nın saytına istinadən xəbər verir ki, "Boulevard Hotel"də təşkil olunan tədbir Rəqəmsal Transformasiya mövzusuna həsr edilib.

Seminarda UEFA nümayəndələri, qonaq spikerlər, Rusiya, Ukrayna, Belarus, Gürcüstan və Moldova futbol federasiyalarının əməkdaşları iştirak edir.

AFFA-nın baş katibi Elxan Məmmədov seminarda iştirak edərək iştirakçıları salamlayıb və uğurlar arzulayıb.

Seminara sabah – yanvarın 29-da yekun vurulacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest