Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasının təqvimində dəyişiklik edilib. Matç.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, XVI turun oyunları fevralın 1-də yox, 4-də keçiriləcək.

Belə ki, Bakı İdman Sarayında fevralın 3-dək dövlət əhəmiyyətli tədbirlər keçirilək. Buna görə də turun oyunları 3 gün sonraya təyin edilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest