Qış "transfer pəncərəsi"ni səmərəli keçirən "Zirə" heyətinə daha bir futbolçu əlavə edib. Matç.az saytının məlumatına görə, komanda paraqvaylı Xulio Sezar Rodriqez Ximenes ilə anlaşıb.

Hücumçu ilə 6 ay + 1 illik müqavilə bağlanılıb.

29 yaşlı hücumçunun son klubu Paraqvayın "Deportivo Kapiata" klubu olub.

Qeyd edək ki, "Zirə" bunadək Bəxtiyar Həsənalızadə, Orxan Sadıqlı, İsmail Fofana və Mfo Kqasvaneni heyətinə qatmışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest