Dubayda ilk təlim-məşq toplanışını başa vuran Rusiya Premyer Liqa təmsilçisi "Krılya Sovetov" ikinci toplanışa hazırlaşır. Matç.az saytının məlumatına görə, milli komandamızın hücumçusu Ramil Şeydayevin formasını geyindiyi komanda bu dəfə Türkiyəyə yollanacaq.

Samara klubu bir neçə günlük istirahətin ardından yanvarın 30-da Moskvada toplaşaca və ertəsi gün Antalyaya yola düşəcək. Onları burda 4 yoxlama oyunu gözləyir. Fevralın 12-nə qədər nəzərdə tutulmuş təlim-məşq toplanışı zamanı "Krılya Sovetov" Bolqarıstanın "Botev", Serbiyanın "Partizan", Latviyanın "Spartak" və Qazaxıstanın "Kaysar" klubları ilə üz-üzə gələcək.

Qeyd edək ki, Ramil Şeydayev komandasının ilk təlim-məşq toplanışı zamanı oynadığı hər iki hazırlıq matçında meydana çıxmışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest