2008-ci ildən Ağdam təmsilçisinin uğurları üçün çalışan 49 yaşlı mütəxəssis bu göstərici ilə 6-cı pillədə qərarlaşıb və "Atletiko"nun (Madrid) baş məşqçisi Dieqo Simeoneni geridə qoyub.

Avropada bir futbol komandasının "sükanı arxası"nda ən uzun müddət işləyən baş məşqçilərin adları açıqlanıb. Matc.az  xəbər verir ki, 8 nəfərlik siyahıda "Qarabağ"a başçılıq edən Qurban Qurbanov da yer alıb.
 
2008-ci ildən Ağdam təmsilçisinin uğurları üçün çalışan 49 yaşlı mütəxəssis bu göstərici ilə 6-cı pillədə qərarlaşıb və "Atletiko"nun (Madrid) baş məşqçisi Dieqo Simeoneni geridə qoyub.
 
Argentinalı mütəxəssis 2011-ci ildən Madrid təmsilçisinin sükanı arxasındadır.
 
ümumi sıralama isə aşağıdakı kimidir:
 
1. Bryuno Lutsi - "Şamplen" (Fransa), 20 il
 
2. Kolin Keton - "Bala-Taun" (Uels), 18 il
 
3. Stiven Bakster - "Kruzeyders" (Şimali İrlandiya), 16 il
 
4. Veqard Hansen - "Myöndalen" (Norveç), 15 il
 
5. Frank Şmidt - "Haydenhaym" (Almaniya), 14 il
 
6. Qurban Qurbanov - "Qarabağ" (Azərbaycan), 13 il
 
7. Hari Hamilton - "Qlenovan" (Şimali İrlandiya), 10 il
 
8. Dieqo Simeone - "Atletiko" (Madrid, İspaniya) - 10 il
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest