Fransa Kubokunun 1/16 final mərhələsinin "Strasburq"la oyununda zədələnən Neymarın yaşıl meydanlara dönüşü uzun çəkəcək. Matç.az saytı "L'Equipe"yə istinadən xəbər verir ki, qarşılaşmanın 62-ci dəqiqəsində zədələnən braziliyalı superulduz ən yaxşı halda martda oynaya biləcək.

Sağ ayağından xəsarət alan Neymarın durumuna tibbi müayinədən sonra aydınlıq gəlib. Bəlli olub ki, onun xaçvari bağlarında qırıq yaranıb. Braziliyalının çempionlar Liqasında "Mançester Yunayted"lə oyunu buraxacağı dəqiqdir.

Qeyd edək ki, əgər əməliyyata gərək olsa, Neymarın dönüş müddəti gələn mövsümə kimi uzanacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest