Asiya kubokunda ilk finalçı bəlli olub. Matç.az saytının məlumatına görə, həlledici oyunda İranla Yaponiya üz-üzə gəlib.

Görüş yaponların 3:0 hesablı qələbəsi ilə başa çatıb. "Gündoğar ölkə"nin heyətində Osako 56, 67 və Haraquçi 90+1-ci dəqiqədə fərqləniblər.

Qeyd edək ki, növbəti finalçı sabah bəlli olacaq. Yaponiyanın rəqibi olmaq üçün Qətərlə BƏƏ üz-üzə gələcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest