Rusiyalı həmkarlarımız Sadıqovun "Kayserispor"dan döndükdən sonra ölkədə "transfer pəncərəsi"nin bağlanması səbəbindən futbolsuz qalmasını, aşağı dəstədə oyanamaq istəməməsini və karyerasını basketbolçu kimi davam etdirməsini qeyd ediblər.
Rusiyanın "Futbol" jurnalında maraqlı məqalə yayımlanıb. Matç.az saytının məlumatına görə, həftəlik nəşrin son sayında futbolçuluqda əlavə digər idman növləri ilə məşğul olmuş top ustalarından ibarət siyahı təqdim olunub.
Almaniya millisinin keçmiş üzvü Per Mertezakerin basketbol şərhçiliyi eləməsi əsas alınaraq hazırlanan yazıda milli komandamızın keçmiş üzvü, "Qarabağ"ın kapitanı Rəşad Sadıqov haqqında da bəhs olunub.
Rusiyalı həmkarlarımız Sadıqovun "Kayserispor"dan döndükdən sonra ölkədə "transfer pəncərəsi"nin bağlanması səbəbindən futbolsuz qalmasını, aşağı dəstədə oyanamaq istəməməsini və karyerasını basketbolçu kimi davam etdirməsini qeyd ediblər. Sözügedən məqalədə Rəşadın salondakı ilk matçında 13 xal toplaması da vurğulanıb. Sonradan Sadıqovun futbola qayıtdığını bildirən rusiyalı yazarlar onun yaxşı basketbolçu ola biləcəyini də qeyd ediblər.
Qeyd edək ki, yazıda futbolu bitirdikdən sonra polo oynayan Qabriel Batistuta, boksla məşğul olan Rio Ferdinand, şərq əlbəyaxa döyüş növlərinə maraq salan Biksan Lizarazyu və fiqurlu konkisürmə ilə məşğul olan İlahn Mansız kimi dünya ulduzlarından da bəhs edilib.