28 Yanvar 2019, 23:28
FUTBOL
İngiltərə Premyer Liqa təmsilçisi "Bornmut"un bütün səhmləri rus biznesmen Maksim Myominin əlinə keçib. Matç.az saytının məlumatına görə, klubun böyük hissəsinə sahib olan rusiyalı milyarder geridə qalan 25% səhmləri də alaraq vahid sahibkar olub.
Bu, Dyominin ilk sahibliyi deyil. Maraqlıdır ki, 2011-ci ildə, klub III divizionda çıxış edərkən, biznesmen onun səhmlərini almağa başlamış, 2013-cü ildə böyük hissədar olmuş, 2015-ci ildə isə hissələrin 25%-ni amerikalılara satmışdı.
Qeyd edək ki, cari mövsüm 23 oyundan sonra aktivində 30 xal olan "Bornmut" Premyer Liqada 12-ci pillədə qərarlaşıb.