"çelsi" transfer qadağası ilə üzləşə bilər. Matç.az saytının məlumatına görə, buna səbəb London təmsilçisinin azyaşlı oyunçunun keçidi zamanı qanunsuzluğa yol verməsidir.

Yerli mətbuat iddia edir ki, ali futbol qurumu müxtəlif vaxtlarda yaşı 18-ə çatmayan uşaqların transfer edilməsi zamanı klubun 25 dəfə qayda pozuntusuna yol verdiyini təyin edib.

"çelsi" isə bütün informasiyaları təkzib edib.

Qeyd edək ki, London klubu FİFA-nın "radarı"na hazırda "Lion"da çıxış edən Bertrand Traorenin transferi zamanı düşüb. "çelsi" onunla 18 yaşında müqavilə bağlasa da, hələ 16 yaşı olarkən "Arsenal"la qeyri-rəsmi oyunda heyətə daxil etmişdi. Bu isə FİFA qaydalarına uyğun deyil.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest