"Yenidən yığmaya döndüyüm üçün şadam. Bu gün oynamaq imkanı da əldə etdim. Təəssüf ki, dönüşüm ürəyimcə olmadı". Matç.az saytının Farer adaları mətbuatına istinadən məlumatına görə, bunu yerli yığma komandanın müdafiəçisi Odmar Fero deyib.

O, UEFA Millətlər Liqasının qrup mərhələsində millimizlə keçirdikləri qarşılaşmanı dəyərləndirib.

Mərkəz müdafiəçisi məğlubiyyətin əvəzini Azərbaycanda çıxa biləcəklərini düşünür: "Uduzsaq da, bunu sığortalamaq imkanımız olacaq. D liqasında mübarizəmizi sona qədər aparacağıq. Qarşıda hələ 3 oyunumuz var. İlk növbədə Kosovonu burdan əliboş yola salmalıyıq. Azərbaycanı isə səfərdə məğlub edə bilərik".

Qeyd edək ki, Farer adaları – Kosovo qarşılaşması oktyabrın 14-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest