"Səbail"in qış fasiləsində hələlik yollarını ayırdığı yeganə futbolçu olan Edqar Paçeko özünə yeni komanda tapıb. Matç.az-ın AS nəşrinə istinadən məlumatına görə, meksikalı yarımmüdafiəçi İndoneziyaya köçməyə hazırlaşır.

Artıq 3 ildi ölkəsini tərk edən oyunçu karyerasını yenə xaricdə davam etdirmək niyyətindədi. 29 yaşlı orta sahə oyunçusu "Kaltenq Putra"nın düşərgəsinə qoşulmaq üçün İndoneziyaya yollanıb. O, II liqa təmsilçisində baxışdan keçəcək.

Qeyd edək ki, Edqar Paçeko "Səbail"ə ötən ilin yayında Kipr klubu "Doxa"dan keçmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest