Futbol üzrə Argentina millisinin və Fransanın PSJ klubunun hücumçusu Lionel Messi koronavirusdan sağalıb. Matc.az xəbər verir ki, bu barədə Paris klubunun rəsmi saytı məlumat yayıb.
 
35 yaşlı hücumçudan götürülmüş son analizin nəticəsinin mənfi çıxdığı diqqətə çatdırılıb. Karantin müddəti bitən futbolçu artıq istirahətə yollandığı Argentinadan özəl təyyarə ilə Parisə qayıdıb. Onun tezliklə komanda ilə məşqlərdə iştirak edəcəyi bildirilir.
 
Xatırladaq ki, PSJ yanvarın 2-də Lionel Messidə koronavirus aşkarlandığını açıqlamışdı. Paris təmsilçisində 16 oyuna çıxan hücumçu bu görüşlərdə 6 qol vurub, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest