İtaliyanın "Milan" klubunun 3 futbolçusunda koronavirus aşkarlanıb. Matc.az xəbər verir ki, bu barədə A Seriyası nəhənginin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, müdafiəçilər Fikayo Tomori, Alessio Romanyoli və Davide Kalabriyanın COVİD-19 testi pozitiv çıxıb. Hər üç futbolçunun səhhəti yaxşıdır və onlar karantinə alınıblar. Onların "Roma" ilə çempionat oyununda iştirak etməyəcəyi diqqətə çatdırılıb.
 
"Milan" bu gün A Seriyasının 20-ci turu çərçivəsində doğma meydanda "Roma" ilə qarşılaşacaq. Qarşılaşmaya Bakı vaxtı ilə saat 21:30-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest