Bu gün məşqlərə başlayacaq "Sabah"ın futbolçuları tibbi müayinədən keçib. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
"Sabah" yanvarın 12-dən 26-na qədər Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq. Murad Musayevin çalışdırdığı kollektiv yanvarın 15-də Macarıstanın "Pakş", 25-də isə Serbiyanın "Mladost" (Luçani) komandaları ilə yoxlama oyunu da keçirəcək. Türkiyə toplanışı çərçivəsində daha bir oyunun keçirilməsi nəzərdə tutulub. Lakin rəqib hələ bəlli deyil.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest