İtaliyanın "Cenoa" komandasının baş məşqçisi Andrey Şevçenko koronavirusdan sağalıb. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə, ukraynalı mütəxəssisin koronavirus testinin nəticəsinin müsbət olduğu bildirilib.
 
Şevçenko A Seriyasının 20-ci turu çərçivəsində bu gün keçiriləcək "Sassuolo" – "Cenoa" matçında komandasının yanında olacaq.
 
"Cenoa" futbolçularından birinin COVİD-19 testinin pozitiv çıxdığını da açıqlayıb. Həmin oyunçu karantinə alınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest