29 Yanvar 2019, 17:43
FUTBOL
Dövrələrarası fasilədə transfer çalışmalarını davam etdirən "Sumqayıt" növbəti transferini rəsmiləşdirib. Matç.az klubun saytına istinadən xəbər verir ki, komanda əslən azərbaycanlı olan futbolçu Peyman Keşavarzla 6 ay + 1 il sistemi ilə müqavilə imzalayıb.
22 yaşlı müdafiəçi "Sumqayıt"da 50 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Təbrizin "Traktorsazi" komandasının yetirməsi olan Peyman Keşavarz həmin şəhərin digər klubları olan "Maşınsazi" və "Gostaresh Foolad" ilə yanaşı "İstiqlal Əhvaz"ın da şərəfini qoruyub.