"Barselona"nın yarımmüdafiəçisi Denis Suaresin taleyinə aydınlıq gəlib. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, 25 yaşlı futbolçu klubu ilə müqavilə müddətini yeniləyəcək.

Belə ki, tərəflər gələn ilin yayına qədər olan sözləşmənin müddətini daha 1 il uzatmağa razılaşıblar. Ancaq orta sahə oyunçusu "Barsa"da qalmayacaq. O, icarə əsasında "Arsenal"a keçəcək. "Topçular" bunun üçün müəyyən məbləğ ödəyəcək. Həmçinin ingilislər mövsümün sonunda oyunçunu 20-25 milyon avroya birbaşa transfer edə biləcək. Keçidin qarşıdakı iki gün ərzində açıqlanması gözlənilir.

Qeyd edək ki, Deniz Suares "Barselona"ya 2016-cı ilin yayında "Vilyarreal"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest