"Monako"nun istefaya göndərdiyi baş məşqçi Leonardu Jardim müqaviləyə xitam verilməsinə görə kompensasiya alacaq. Matç.az saytı xəbər verir ki, portuqaliyalı mütəxəssis Fransa təmsilçisini 7 milyon avro xərcə salacaq.

2014-cü ildən "Knyazlıq klubu"na rəhbərlik edən 44 yaşlı çalışdırıcı uğursuz nəticələr üzündən istefaya göndərilib. 9 turdan sonra hesabında 6 xal olan "Monako" 2 il öncə komandanı çempion edən mütəxəssisi postundan kənarlaşdırıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest