Milli komandamızın keçmiş futbolçusu Badri Kvaratsxeliyanın oğlu Xviça son Rusiya çempionu "Lokomotiv"ə keçir. Matç.az xəbər verir ki, "Qəbələ"nin keçmiş baş məşqçisi Yuri Syominin rəhbərlik etdiyi Moskva klubu fevralın 12-si hazırda "Rustavi"də çıxış edən futbolçuyla müqavilə bağlayacaq.

Belə ki, məhz həmin tarixdə Xviça Kvaratsxeliyanın 18 yaşı tamam olacaq və həmin gündən peşəkar müqavilə bağlaya biləcək.

Qeyd edək ki, Azərbaycan çempionatının bombardiri, ölkə çempionu və kubokun qalibi olmuş Badri Kvaratsxeliya 2000-ci ildə Azərbaycan milli komandasının da şərəfini qoruyub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest