30 Yanvar 2019, 09:17
FUTBOL
Fransa Liqa kubokunda yarımfinal mərhələsinə start verilib. Matç.az xəbər verir ki, ilk finalçı "Genqam"la "Monako"nun duelində müəyyənləşib.
Qarşılaşmanın əsas və əlavə vaxtında güclünü müəyyənləşdirmək mümkün olmayıb – 2:2. Duelin taleyinə pemaltilər seriyasında aydınlıq gəlib.
Daha dəqiq olan "Genqam" 5:4 hesabı ilə qalib gəlib. Digər finalçı bugünkü "Marsel" – "Bordo" matçında bəlli olacaq.
Qeyd edək ki, final martın 30-da baş tutacaq.
Fransa Liqa kuboku
Yarımfinal
29 yanvar
"Genqam" – "Monako" – 2:2, p.5:4
Mendi, 46, Türam, 55 – Lopes, 18, Qolovin, 24