İngiltərə "Mançester Siti"sinin baş məşqçisi Xosep Qvardiola Premyer Liqa tarixində yeni rekorda imza ata bilməyib. Matç.az xəbər verir ki, buna onun yetirmələrinin XXIV turda "Nyukasl"a 1:2 hesabı ilə uduzması səbəb olub.

Bu oyun Qvardiola üçün Premyer Liqada yubiley – 100-cü olub. MS qalib gəlsəydi, ispan mütəxəssis 74-cü qələbəsini qazanacaqdı.

Bu isə Qvardiolaya İngiltərə Premyer Liqası tarixində ilk 100 oyununda ən çox qələbə qazanan məşqçi adını gətirəcəkdi. Məğlubiyyət isə ispaniyalını Joze Mourinyonun şəriki kimi saxlamyıb. Portuqaliyalının ilk 100 matçda 73 qələbə rekordu təkrarlansa da, qırılmayıb.

Müqayisə üçün qeyd edək ki, ilk 100 qarşılaşmada Qvardiola 12, Mourinyo isə cəmi 9 məğlubiyyətlə üzləşib.

Qələbə sayında 3-cü göstərici isə Aleks Ferqyusona məxsusdu. O, ilk 100 oyunda 65 dəfə yetirmələrinin qalib gəlməsinə şahid olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest