"Neftçi" ilə "Forza Neftçi" azad azarkeş qrupu arasında problem həll olunub. Matç.az xəbər verir ki, bunu qrupun rəhbəri Sübhan Əliyev öz sosial şəbəkə səhifəsində açıqlayıb.

O bildirib ki, ölkənin aparıcı fanklublarından sayılan paytaxt təmsilçisinin azarkeşləri yenidən tribunadakı yerlərinə qayıdacaq. ötən ilin sonunda klub rəhbərliyi ilə aralarındakı problem üzündən tribunadan çəkilən "Forza Neftçi" mövsümün ikinci yarısının startından klubun yanında olacaq: "Şükür Allaha, hər şey qaydasına düşdü. "Forza Neftçi" olaraq "Qarabağ"la oyundan tribunadayıq".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest