"Qarabağ" Topaz Premyer Liqasının XV turunun hazırlıqlarını davam etdirir. Matç.az klubun saytına istinadən xəbər verir ki, "Neftçi"ylə oyuna hazırlaşan Ağdam təmsilçisinin açıq məşqi olacaq.

Qurban Qurbanovun yetirmələrinin növbəti - sabah saat 15:30-da nəzərdə tutulan məşqi mətbuat nümayəndələri üçün açıq xarakter daşıyacaq. Bu, "Azərsun Arena"da baş tutacaq məşqin yalnız ilk yarım saatına şamil ediləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest