"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbanın qardaşı Florentin Poqba ABŞ-a köçür. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, 28 yaşlı müdafiəçi MLS-də çıxış edəcək.

Belə ki, o, "Atlanta Yunayted"lə anlaşıb. Bu mövsüm "Gənclərbirliyi"nin heyətində heç bir oyunda meydana çıxmayan futbolçu yeni komandasında Frank de Burun rəhbərliyi altında çıxış edəcək.

Qeyd edək ki, Poqba bir müddət əvvəl "Elçe"də baxışdan keçsə də, onunla müqavilə imzalanmamışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest