PSJ hücumçusu Xese Rodrigesi növbəti dəfə icarəyə verib. Matç.az-ın "Betis"in rəsmi saytına istinadən məlumatına görə, 26 yaşlı forvard bu kluba keçib.

"Betis" onu cari mövsümün sonuna qədər icarəyə götürüb. Ancaq ispanlar milli üzvünü birdəfəlik transfer etmək hüququna malik olmaycaq və Xese yayda PSJ-yə qayıdacaq.

Qeyd edək ki, PSJ 2016-cı ildə "Real"dan transfer etdiyi Xese Rodrigesi müəyyən vaxtlarda "Las Palmas" və "Stok Siti"yə icarəyə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest