Türkiyə kubokunda 1/4 və 1/2 final mərhələlərinin püşkü atılıb. Matç.az xəbər verir ki, 1/8 final səddini uğurla adlayanlar 4 cütlük təşkil edib.

1/4 finalın ilk oyunları fevralın 5-7-də, cavab matçları 26-28-də keçiriləcək. Martın 2-4 və 23-25-də baş tutacaq yarımfinalda hansı cütlərin qalibinin üz-üzə gələcəyi də dəqiləşib.

Türkiyə kuboku

1/4 final

1. "Trabzonspor" – "Umraniyəspor"
2. "Akhisar" – "Kasımpaşa"
3. "Hatayspor" – "Qalatasaray"
4. "Malatyaspor" – "Göztəpə"

1/2 final

1-ci cütün qalibi – 2-ci cütün qalibi
3-cü cütün qalibi – 4-cü cütün qalibi

Qeyd edək ki, final oyunu mayın 16-da Sivasda keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest