"Fənərbaxça" transfer dönəminin son günlərində bir neçə keçidi reallaşdırmağa hazırlaşır. Matç.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, "sarı-lacivərdlilər" 3 əcnəbi futbolçu ilə ortaq məxrəcə gəlib.

"Başakşəhər"in hücumçusu Emmanuel Adebayorla danışıqlar müsbət nəticələnmək üzrədi. Yeganə problem forvardın icarəyə deyil, 1,5 illik müqavilə ilə birdəfəlik transfer tələb etməsidi.

"Benfika"da əsas heyət üzünə həsrət qalan Nikolas Kastilyo da anlaşma əldə olunub. İstanbul nəhəngi onun icarəyə götürülməsi məsələsində portuqaliyalılarla anlaşıb.

"Fənərbaxça" həmçinin "Suonsi"nin yarımmüdafiəçisi Leror Feri heyətinə qatmağa çox yaxındı. Sadəcə, "Beşiktaş"lı Tolqay Arslanla da danışıqlar davam etdiyindən, hollandiyalı oyunçu gözləmə mövqeyi tutur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest