30 Yanvar 2019, 19:47
FUTBOL
"Stok Siti"nin hücumçusu Piter Krauç yenidən Premyer Liqada çıxış edə bilər. Matç.az saytının məlumatına görə, oyunçu "Bernli"yə keçə bilər.
38 yaşlı forvardın klubu "Bernli"dən Sem Vouksu almaq üçün onu və 9 milyon funt sterlinq təklif edib. Yerli mətbuat iddia edir ki, qarşı tərəf təklifə müsbət yanaşır.
Qeyd edək ki, 2011-ci ildən "Stok Siti"də çıxış edən Krauç karyerası ərzində "Liverpul", "Tottenhem", "Astn Villa" və "Sauthempton" kimi klublarda da çıxış edib. O, İngiltərə millisi ilə meydana çıxdığı 21 oyunda 1 qol vurub.