"çelsi"nin baş məşqçisi Maurisio Sarri növbəti dəfə Eden Azar haqqında danışıb. Matç.az saytı xəbər verir ki, italiyalı mütəxəssis yarımmüdafiəçinin komandadan ayrılması ehtimalını şərh edib.

"Bu barədə dəfələrlə danışmışıq. Edenin 28 yaşı var, özü qərar vermək qabiliyyətinə malikdi. Düşünürəm ki, əgər komandadan gedəcəksə, bunu indi etməlidir. Amma ümid edirəm ki, getməyəcək. Bəzən ondan razı qalıram, bəzən narazı oluram, amma mənim işim imkan verir ki, Azar hər gün inkişaf etsin. Onda Avropanın ən yaxşı oyunçusu olmaq potensialı var" – deyə Sarri bildirib.

Qeyd edək ki, Azarın mövsümün sonunda "çelsi"dən ayrılacağı və "Real"a keçəcəyi ilə bağlı xəbərlər dolaşır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest