Denis Suarez mövsümün ikinci yarısını "Arsenal"da keçirəcək. Matç.az saytının məlumatına görə, yarımmüdafiəçi London klubuna icarə əsasında xidmət edəcək.

Maraqlıdır ki, gənc futbolçu Premyer Liqa klubuna keçməmiş klubu "Barselona" ilə də müqaviləsinin müddətini uzadıb. O, kataloniyalılarla müddəti 2021-ci ilə qədər nəzərdə tutulmuş yeni anlaşmaya imza atıb.

Əgər "Arsenal" Suarezdən razı qalsa, 20 milyon avro ödəyərək ona daimi əsaslarla sahib ola biləcək.

Qeyd edək ki, mövsümün sonuna qədər oyunçunun əmək haqqını da London klubu ödəyəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest