Antalyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması toplanış çərçivəsində son yoxlama görüşünü keçirib. Matç.az saytının məlumatına görə, millimiz Rusiyanın "Dinamo-2" (Moskva) komandası ilə qarşılaşıb.

Oyunda qalib müəyyənləşməyib - 0:0.

Qeyd edək ki, millimiz bundan əvvəl "Tromse" klubunun müvafiq yaş qrupundan ibarət komandası (2:2), Rusiyanın "Krasnodar-3" (1:1) və Küveytin U-19 yığması (1:1) ilə sınaq matçlarında da heç-heçə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest