Qış "transfer pəncərəsi"nin son günlərində fəallıq göstərən "Qalatasaray" artıq futbolçulardan da qurtulmağa çalışır. Matç.az saytının məlumatına görə, "cimbom" müdafiəçi Sərdar Azizlə yollarını ayırıb.

Bu barədə klub rəsmi məlumat yayıb. 28 yaşlı müdafiəçinin 2020-ci ildə bitəcək müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Bunun qarşılığında klubun ona borclu olduğu 2.3 milyon avro məbləği silinəcək.

Qeyd edək ki, 2016-cı ildən "sarı-qırmızılar"da çıxış edən Türkiyə millisinin üzvü bu mövsüm meydana 15 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest