İtaliya kubokunda 1/4 finalın daha iki görüşü keçirilib. Matç.az saytının məlumatına görə, "Napoli"ni 2:0 hesabı ilə məğlub edərək yarımfinala yüksələn "Milan"dan sonra daha iki klub finalın bir addımlığına yüksəlib.

İlk olaraq meydana "Fiorentina" ilə "Roma" çıxıb. Görüş florensiyalıların gözlənilmədən böyükhesablı qələbəsi ilə yekunlaşıb. "Fio" 7:1 hesablı qələbəyə sevinib.

Günün ikinci matçında isə "Atalanta" ilə "Yuventus" üz-üzə gəlib. Bu qarşılaşmada da gözlənilməz hesab qeydə alınıb. Qasperinin yetirmələri "qoca sinyora"nı 3 cavabsız qolla məyus edib.

 

İtaliya kuboku

1/4 final

30 yanvar

"Fiorentina" – "Roma" – 7:1

Kyeza, 7, 18, 74, Muriel, 33, Benazzi, 66, Simeone, 79, 89 – Kolarov, 28

 

"Atalanta" – "Yuventus" – 3:0

Kastanye, 37, Zapata, 39, 86

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest